Qaraciyər xəstəliyinin əlamətidir - FOTO
Sağlamlıq
14 Avqust 2017 16:03

Qaraciyər xəstəliyinin əlamətidir - FOTO


Həddən artıq idmanla məşğul olmaq, qeyri-sağlam qidalanma, hava dəyişikliyi ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, xəstəliklərin ilk əlamətləri ayaqlarda görünür.

Böyrək problemləri

Ayak ve bacak sağlığınız tehlikede olabilir!

Böyrəklər düzgün işləməsə, bədəndə maye toplanmağa başlanır və onu atılması çətinləşir. Həmçinin gözlərin ətrafındakı şişlər varsa və ayaqlara elektroşok bənzəyən ani ağrılar hiss edirsinizsə, bu böyrəklərlə bağlı problemə işarə edə bilər.

Venoz çatışmazlıq

Ayak ve bacak sağlığınız tehlikede olabilir!

Venoz çatışmazlığı damardakı qanın ürəyə doğru deyil, əks istiqamətə getməsidir. Bu, uzun müddət ayaqda qalan hər kəsdə rast gəlinə bilər. Bu da ayaqlara şişkinliyə və ağrıya səbəb olur.

Tromboz

Ayak ve bacak sağlığınız tehlikede olabilir!

Qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır. Bu qan laxtasının orqanlara yerləşməsi ciddi orqan çatışmazlıqlarına ciddi fəsadlara yol açır. Hətta bəzi hallarda ölümlə nəticələnir. Bir və ya iki ayaqda yaranan şişkinlik bu xəstəliyin əlaməti ola bilər.

Qalxanabənzər vəzi problemləri

Ayak ve bacak sağlığınız tehlikede olabilir!

Ayaqdakı şişlər, ani ağrılar və keyimə qalxanabənzər vəzi ilə bağlı problemlərdən qaynaqlanır.

Qaraciyər problemləri

Ayak ve bacak sağlığınız tehlikede olabilir!

Qaraciyər problemlərini ayağın vəziyyətinə görə əvvəlcədən müəyyənləşdirmək mümkündür. Qaraciyər anormal şəkildə işlədikdə ayaqlarda həm şişlik, həm də hörümçək toruna oxşayan damarlar əmələ gəlir.

Ateroskleroz (damar sərtliyi)

Ayak ve bacak sağlığınız tehlikede olabilir!

Ateroskleroz zamanı ayaqda qan dövranı pis işləyir. Bu da ayağın rənginin solğun görünməsinə və ağrıya yol açır. Bir çox hallarda insanlar damar sərtliyi ilə bağlı əlamətlərə etinasızlıq edirlər. Ancaq bu da səhhətinizdə ciddi fəsadlarla nəticələnə bilər.

Hamiləlik

Ayak ve bacak sağlığınız tehlikede olabilir!

Hamiləlik xəstəlik deyil. Bununla yanaşı ayaqlarda bəzi dəyişikliklər müşahidə olunur. Başda şişkinlik olmaqla ani ağrıların da hiss edilməsi qaçılmazdır.

Aytən

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08