Bundan dəhşətli adrenalin təsəvvür edə bilməzsiniz - FOTO
Maraqlı
16 Avqust 2017 13:18

Bundan dəhşətli adrenalin təsəvvür edə bilməzsiniz - FOTO


Bu hoteldə qalmaq cəsarət istəyir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Peru dağlarındakı şüşə hotel görənləri dəhşətə gətirir, adrenalin həvəskarlarını özünə cəlb edir. Hoteli digərlərindən fərqləndirən əsas xüsusiyyət ölkənin mühüm turizm bölgəsi olan Müqəddəs Vadidə yerləşməsidir. Hotel nömrələri isə uçurum qayalarının üzərində inşa edilib. Otaqlar şüşə materialla örtülüb. Xüsusilə alpinistlərin istifadə etdiyi hoteldə qonaqlar üçün hər ehtiyac düşünülüb.

Yeni günə uçurumun kənarında salam demək...

Buraya adətən adrenalin həvəskarları üz tutur. Odur ki, ziyarətçilərin sayı az olur. Yeri gəlmişkən qeyd eədk ki, qonaqlar səhəri şüşə ilə örtülü otaqlarında uçuruma baxaraq qarşılayır.

Hotelə qalmağa gələn cütlüklərin instaqramda paylaşdığı romantik xörəklərinin şəkilləri xüsusi diqqət çəkir.

Aytən




















loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08