Afrikanın ən varlı adamı İngiltərənin "Arsenal" klubunu almaq istəyir
İdman
18 Avqust 2017 15:56

Afrikanın ən varlı adamı İngiltərənin "Arsenal" klubunu almaq istəyir


Bakı. 18 avqust. REPORT.AZ/ Afrikanın ən varlı adamlarının siyahısına başçılıq edən Aliko Danqote İngiltərənin “Arsenal” futbol klubunu almaq istəyir.
“Report”un goal.com saytına istinadən verdiyi məlumata görə, bu barədə 60 yaşlı nigeriyalı biznesmenin özü açıqlama verib. O, London klubunu əldə edəcəyi təqdirdə, əsas komandanın baş məşqçisi Arsen Vengeri istefaya göndərəcəyini bildirib: “Vengerin yaxşı məşqçilik karyerası var. Lakin hazırda komandanı başqa mütəxəssisə etibar etmək lazımdır. Laosda neft emalı zavodunun inşaatı başa çatdıqdan sonra “Arsenal”ın sahiblərinə təklif göndərəcəyik".
Qeyd edək ki, Aliko Danqotenin varidatı 13 milyard dollar səviyyəsində qiymətləndirilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR