"Milan"ın sabiq futbolçusu Azərbaycan yığmasının üzvü ilə eyni komandada çıxış edəcək
İdman
18 Avqust 2017 17:56

"Milan"ın sabiq futbolçusu Azərbaycan yığmasının üzvü ilə eyni komandada çıxış edəcək


Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi Almaniyanın “Ayntraxt” klubu heyətini gücləndirib.
“Report”un Frankfurt təmsilçisinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bundesliqada mübarizə aparan klub qanalı yarımmüdafiəçi Kevin-Prins Boatenqlə 30 iyun 2020-ci ilə qədər müqavilə bağlayıb. 
Qeyd edək ki, sonuncu iş yeri İspaniya “Las Palmas”ı olan Boatenq karyerası ərzində “Borussiya” (Dortmund), “Şalke”, “Tottenhem” və “Milan” kimi klublarda çıxış edib. O, ötən mövsüm iştirak etdiyi 28 matçda 10 qol vurub, 4 məhsuldar ötürmə verib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR