Amerika hökumətinin insanlar üzərində apardığı DƏHŞƏTLİ SINAQLAR
Digər
18 Avqust 2017 21:03

Amerika hökumətinin insanlar üzərində apardığı DƏHŞƏTLİ SINAQLAR


Amerika Birləşmiş Ştatları hökuməti, xüsusilə, II Dünya Müharibəsindən sonra dünyanın yaddaşında qorxunc, təhlükəli və tükürpədən hadisələrlə qalıb.

Publika.az həmin hadisələrdən biri olan “qorxunc sınaqlar” seriyasını təqdim edir.

1. Manhetten layihəsi: İnsanlar üzərində aparılan gizli atom bombası sınaqları

Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini darmdağın edən atom bombaları “Manhetten layihəsi” adlı çalışmalar seriyasında hazırlanmışdı. Lakin tarix kitablarında yazılan məlumatların arxasında gizlədilən elə bir gerçək var idi ki…

“Manhetten layihəsi” hazırlanan müddətdə ABŞ-da tam 18 insanın vücuduna plutonium inyeksiya edilib. Bu insanların bir qismi orduda əsgər kimi xidmət edib, bir qismi isə Çikaqo xəstəxanasında müalicə alan xəstələr olub. Əlbəttə ki, bu insanların heç birinin nə aparılan sınaqdan, nə də onlara verilən dərmanlardan xəbəri olmayıb.

İnyeksiyadan sonra 18 insanın yalnız 5-i 20 ildən artıq müddətdə həyatda qala bilib. Plutoniumdan sonra işin içinə uranium da daxil olub. 1946 və 1947-ci illərdə Massaçustes xəstəxanasında yatan 11 xəstəyə layihənin maliyyələşdirdiyi Vilyam Svit adlı həkim uranium inyeksiyası edib. Bu xəstələrin hamısı inyeksiyadan sonra vəfat edib.

2. Əsgərlər üzərində sınanılmış xardal qazı

1940-cı illərdə bioloji silah əldə etmək üçün aparılan araşdırmalarda ciddi bir irəliləyiş əldə edilib. Mütəxəssislər bu bioloji silahları əsgərlər üzərində sınamağa başlayıb.

İlk sınaq xardal qazı ilə həyata keçirilib. Onlar əsgərlərə heç bir bilgi vermədən vücudlarına xardal qazı sıxıblar. Qazın tərkibindəki diklorodietil sulfid maddəsi əsgərlərin dərilərində yanıqlara və şiddətli ağrılara səbəb olub. Mütəxəssislər bununla kifayətlənməyib və maskaların bu qaza qarşı nə qədər davamlı olacağını yoxlamaq qərarına gəlib. Onlar əsgərlərə maska geyindirərək qaz otaqlarına salıb və daha da dəhşətli nəticələrə yol açıblar.

3. Quatamelaya yayılan zöhrəvi xəstəliklər

1940-cı illərdə pensilin iynəsinin sifilis xəstəliyinin müalicələrində istifadə edilməsindən sonra Amerika, təbii ki, bu müalicə üsulunu test etmək istəyib.

Sınaq keçirəcəyi insanları Quatamela vətəndaşlarından seçən Amerika, sifilisli qadınları bilərəkdən məhkumların və əsgərlərin yaşadığı yerlərə yerləşdirib. Onlar xəstəliyin fahişəliklə yayılmasını təmin etmək istəyiblər. Bu metodla istədiklərini əldə etməyincə, sınaq apardığı şəxslərə peyvənd vurublar.

Araşdırmaçılar siflis bakteriyasını kişilərin cinsi orqanlarına, qollarına və üzlərinə inyeksiya yolu ilə yeridib. İnsanları xəstələndirmək vəzifəsi yerinə yetdikdən sonra isə müalicə müddətinə keçiblər. Bu müddət ərzində xəstəliyə yoluxanların 1/3-i müalicə edilməyib və ölümə tərk edilib. Digərləri isə müxtəlif dəri-zöhrəvi xəstəliklərinə yoluxub.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 sentyabr

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13