Eyni mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan tikinti şirkətinin rəhbərləri -
Ölkə
18 Avqust 2017 22:22

Eyni mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan tikinti şirkətinin rəhbərləri -


“İdeal-V” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, istintaq zamanı cəmiyyətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən cəmiyyətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. 

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi üzrə vətəndaşlara dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərə məxsus əmlakların müəyyən olunaraq üzərlərinə həbs qoyulması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR