Faydaları saymaqla bitmir... - KEFİRİN EVDƏ HAZIRLANMA QAYDASI
Qadın dünyası
19 Avqust 2017 1:03

Faydaları saymaqla bitmir... - KEFİRİN EVDƏ HAZIRLANMA QAYDASI


Orqanizmimizə bir çox faydası olan kefiri evdə özünüz də hazırlaya bilərsiniz.

Publika.az ailem.az-a istinadən evdə kefiri necə hazırlamağın sadə üsulunu təqdim edir.

Lazım olan ərzaqlar:

1 litr süd
1 yemək qaşığı kefir mayası
Şüşə qab
Plastik süzgəc

Hazırlanması:

Əvvəl südü qaynadın və qaymağını üzərindən təmizləyin. Ardından südə kefir dənələrini əlavə edin. İstifadə etdiyiniz qabın metal olmamasına diqqət edin. Taxta qaşıqla yaxşıca qarışdırın və qabınızın üzərini təmiz bir bezlə bağlayın. 20-25 dərəcədə qaranlıq bir mühitdə 2 günə qədər südü saxlayın. Bu müddətdə süd mayalanacaq. Mayalanmış südü plastik bir süzgəc, ya da tənziflə süzün. İstəsəniz, kefiri bu şəkildə sadə, ya da içinə meyvə dənələri əlavə edərək içə bilərsiniz.

Kefir neçə günə yeyilməlidir?

Kefiri soyuducuda saxlaya bilərsiniz, ancaq iki gün içərisində istifadə etməlisiniz.
Kefir mayasını saxlamaq üçün müxtəlif üsullar var:
Kefir mayasını bir sonraki mayalamaya qədər saxlamaq üçün metal olmayan bir qaba qoyaraq soyuducuda saxlaya bilərsiz.
Buzluqda isə 2 ay müddətində saxlamaq olar.
Kefir mayasını çox daha uzun bir müddət saxlamaq üçün quruda bilərsiniz. Bu vasitə ilə mayanı 12-18 aya kimi bir müddət qala bilər.

Kefirin faydaları:

Həzmə kömək edir. Bağırsaq florasını tənzimləyir. Qidaların həzm edilməsinə və əmilməsinə yardımçı olur. Bağırsaqlarda bu faydalı mikroorqanizmlər azaldığında ishal, qəbizlik, udma pozuqluqları yarana bilir. Kefir tərkibindəki təbii mikroorqanizmlərlə bu problemlərin qarşısını almağa kömək olur.
Həmçinin immuniteti gücləndirir, betakaroten olan tərkibi ilə immunitet sistemini dəstəkləyir, bədəndə yığılan toksin maddələrin törəməsini önləyərək, immunitet sistemini gücsüzləşdirən mikroorqanizmləri məhv edir.
Tərkibindəki yüksək miqdarda kalsiumla sümüklərin inkişafını dəstəkləyən kefir, böyümə dövründəki uşaqlara və yaşlıların artan kalsium ehtiyacına dəstək verir. Gün ərzində 2 stəkan kefir içmək gündəlik kalsium ehtiyacının təxminən yüzdə 60 faizini təmin etmiş olur. Zəngin E vitamini və selenium tərkibi sayəsində kefir güclü bir antioksidantdır. Hüceyrə parçalanmasına səbəb olan toksin maddələrin meydana gəlməsini və törəməsinin qarşısını alaraq hüceyrə yenilənməsinə köməkçi olur.
Kefir də digər probiotik kimi zülal və yağların asan həzm edilməsinə imkan verir. Kefir, aşağı qlisemik indeksi ilə zülalla birlikdə mədədə uzun müddət qalaraq toxluq hissi verir və qan şəkərinin də daha gec yüksəlməsini təmin edir.
Süd turşusu fermentasiya səbəbindən həzmi asanlaşdıraraq, mədədə yaranan qazı yüngülləşdirər.
İçindəki triptofan aminoasidi və B vitamini ilə sinirləri sakitləşdirir və depressiyanı azaldır. Rahatlama və yuxu verici özəlliyi ilə rahat və sakit gecə yuxusu gətirir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08