Dieqo Kostadan “Çelsi” rəhbərliyinə SƏRT MESAJ
İdman
19 Avqust 2017 7:33

Dieqo Kostadan “Çelsi” rəhbərliyinə SƏRT MESAJ


“Çelsi”nin hücumçusu Dieqo Kosta gələcək karyerası haqda danışıb.

Publika.az xarici KİV-ə istinadən bildirir ki, o, “Atletiko”ya qayıtmaq fikrində olmadığını bildirib:

“Atletiko”ya geri dönəcəyim barədə yayılan xəbərlər anlaşılmazlıqdan ortaya çıxıb. Mən demişəm ki, “Çelsi”də karyera uğursuz alınsa, gələcəkdə Madridə qayıtmağım mümkündür. “Atletiko” ildən-ilə inkişaf edir. Amma məni transfer etmək üçün onlar böyük puldan keçməlidirlər.

Üstəlik, mənim “Çelsi” ilə müqaviləm var. Bu kluba, azarkeşlərə bağlıyam. Hörmət hər şeydən yüksəkdə durur. Mən heç vaxt qeyri-peşəkar hərəkət etmərəm.

Transfer söhbətlərindən yorulmuşam. Tezıliklə meydana qayıtmaq istəyirəm “Çelsi” məni bir neçə kluba təklif edib. Onlar mənim satışımdam pul qazanmağa çalışsalar da, heç kimə imkan vermərəm ki, taleyiyimlə oynasın”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR