Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var
Ölkə
20 Avqust 2017 0:21

Mingəçevirdə mikroavtobus qəzaya düşüb, xəsarət alan var


Mingəçevir. 20 avqust.REPORT.AZ/ Mingəçevirdə sərnişin mikro avtobusu qəzaya düşüb. ”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Avtovağzalın yaxınlığında baş verib. 
Belə ki, “Vaz2107” markalı avtomobil həmin an xəttə olmayan, Mingəçevir-Bakı marşurutu ilə sərnişin daşıyan “Ford” markalı mikroavtobusla toqquşub.
Nəticədə “VAZ 2107”-nin sürücüsü - 1997-ci il təvəllüdlü şəhər sakini Əliyev Aydın Namiq oğlu xəsarət alıb. Yaralı hadisə yerinə gəlmiş təcili yardım maşını ilə şəhər xəstəxanasına aparılıb.
Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08