Bu üsul sizi bəyaz dişlərə qovuşduracaq
Sağlamlıq
12 May 2017 18:08

Bu üsul sizi bəyaz dişlərə qovuşduracaq


İnsanların gün ərzində istifadə etdiyi qidalar dişlərin məhv olmasına gətirib çıxarır. İçdiyimiz çay, kofe, adi su belə dişlərə təsirsiz ötüşmür. Bütün bunların qarşısını almaq üçün insanlar bir çox üsullara əl atır. Bəyaz təbəssümə sahib olmaq üçün külli miqdarda pul xərcləməyə ehtiyac yoxdur. ABŞ stomatoloqlarının hesablamalarına görə 30 və daha yuxarı yaşda insanların paradont və ağız boşluğu problemləri ilə qarşılaşma ehtimalı daha yüksəkdi.

Publika.az sizə bəyaz təbəssümə sahib olmağın, paradont və müxtəlif növ başqa ağız boşluğu xəstəliklərinin qarşısını almağın rahat və zərərsiz yollarını təqdim edir:

Dişlərinizin qayğısına qalmaq üçün hər dəfə həkimə müraciət etməyə artıq ehtiyac qalmayacaq. Hər gün normativ qaydalar üzrə dişlərinizi fırçalamanız dişlərdə saralmaların və karesin qarşısını alacaq.

ABŞ stomatoloqları kokos yağının dişlərə çox faydalı olduğunu bildirib. Həftə ərzində 3 dəfə kokos yağı ilə dişlərinizi sürtün. 10 dəqiqə gözlədikdən sonra ağzınızı ilıq su ilə yaxalayın. 1 aydan sonra mükəmməl bəyaz dişlərə sahib olacaqsız.

Bu üsulla siz həm bəyaz dişlərə sahib olacaqsız, həm də ağız boşluğunda yarana biləcək stomatit kimi iltihab xəstəliklərinin qarşısını alacaqsınız.

Könül Cəfərli

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 oktyabr

Astroloji proqnoz - 24 oktyabr

24 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 23 oktyabr

Astroloji proqnoz - 23 oktyabr

23 Oktyabr 2017 00:08
loading...