Türkiyənin “Antalyaspor” klubu “Mançester Siti”nin futbolçusunu transfer edib
İdman
21 Avqust 2017 8:48

Türkiyənin “Antalyaspor” klubu “Mançester Siti”nin futbolçusunu transfer edib


Türkiyənin “Antalyaspor” klubu İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Samir Nəsrini transfer edib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq Antalyaya gələn Fransa yığmasının üzvü ilə iki illik razılıq əldə olunub. Son mövsümü icarə əsasında “Sevilya”da keçirən otuz yaşlı yarımmüdafiəçi Türkiyə Super Liqası klubunda ilinə dörd milyon avro maaş alacaq. Təcrübəli futbolçunun transferi üçün İngiltərə klubuna təxminən 14-15 milyon avro ödənəcəyi gözlənilir.

Türkiyə klubu yeni transferini ictimaiyyətə bu gün təqdim edəcək.

Qeyd edək ki, Fransanın “Marsel” komandasında karyerasına başlayan futbolçunu sonralar İngiltərənin “Arsenal” komandası heyətinə cəlb edib. Yarımmüdafiəçi ötən ildən “Sevilya” klubunun heyətində oynayır və meydana çıxdığı 23 qarşılaşmada iki qol vurub. O, 2007-ci ildən oynadığı Fransa millisinin heyətində 41 matçda 5 dəfə fərqlənib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR