Andres İnyesta "Barselona"nı tərk etmək istəyir
İdman
21 Avqust 2017 11:41

Andres İnyesta "Barselona"nı tərk etmək istəyir


Bakı. 21 avqust. REPORT.AZ/ İspaniya milli komandasının futbolçusu Andres İnyesta mövsümün sonunda "Barselona" klubunu tərk edə bilər. "Report"un məlumatına görə, bu barədə 33 yaşlı yarımmüdafiəçinin özü "El Pais"ə açıqlamasında bildirib.
Kapitan son zamanlar əvvəllər üzləşmədiyi hallarla qarşılaşmalı olub: "Hələ də klubumla müqaviləmi uzatmamışam. Mənə tanış olmayan hissləri keçirirəm. Amma fikrimcə, bu, normaldır. İndiki ssenarini 3 il əvvəl təsəvvür belə edə bilməzdim. Artıq "Barsa"dan getməyi planlaşdırıram. Amma əvvəllər bunu etməzdim".
Qeyd edək ki, Andres İnyestanın hazırkı müqaviləsi 2018-ci yayınadək qüvvədədir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR