“Mançester Yunayted” Zlatan İbrahimoviçlə yeni müqavilə bağlaya bilər
İdman
21 Avqust 2017 11:51

“Mançester Yunayted” Zlatan İbrahimoviçlə yeni müqavilə bağlaya bilər


Bakı. 21 avqust. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” klubu futbolçu Zlatan İbrahimoviçlə yeni müqavilə bağlaya bilər.
“Report”un ESPN-ə istinadən verdiyi məlumata görə, buna səbəb 36 yaşlı isveçli hücumçunun dizindən aldığı ağır zədədən sonra erkən sağalmasıdır.
Daha əvvəl aprelin 20-də Avropa Liqasının 1/4 final mərhələsində Belçika “Anderlext”i ilə görüşdə ağır zədə alan forvardın 2017/2018 mövsümünün ikinci yarısında meydana qayıdacağı bildirilirdi.
Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm “Mançester Yunayted”in formasını geyinib. O, iştirak etdiyi 46 matçda 26 qol vurub. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 sentyabr

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13