Bu qırmızı nöqtələrdən hamımızda var: Bizi bir gündə öldürə bilər - FOTOLAR
Sağlamlıq
21 Avqust 2017 11:53

Bu qırmızı nöqtələrdən hamımızda var: Bizi bir gündə öldürə bilər - FOTOLAR


Dəridə qızartılar, qırmızı nöqtələr və civzələr hər birimizi narahat edən problemdir. Bu qüsurumuzu çox vaxt krem və allıqla gizlətməyə çalışırıq. Əslində isə bu problemin çözümünü daxili orqanlarımızda axtarmaq lazımdır. Çünki dəri səthində yaranan bu xoşagəlməz qızartıların başlıca səbəbi məhz vücudumuzda yaranan narahatlıqdır.

Publika.az üz dərisində yaranan qırmızı nöqtələrin və civzələrin yaranmasına səbəb olan xəstəliklərin siyahısını təqdim edir.

1. Alın

Alnınızın dərisində yaranan qırmızı nöqtələr bədəndə gedən maddələr mübadiləsinin pozulduğundan xəbər verir. Bu nayihədəki dərinin həddən artıq solğunluğu da eyni problemin əlamətidir. Öd kisəsində yaranmış narahatlığın da səbəbi budur.

2. Gicgahlar

Əgər gicgah hissəsindəki dəri səthiniz qızartılarla örtülübsə, bu böyrəklərin narahatlığından xəbər verir. Bu zaman orqanizmi toksinlərdən təmizləmək lazımdır.

3. Üst göz qapağı

Üst göz qapağında yaranmış qızartı və qıcıqlanma bilavasitə dalağın funksiyasının pozulması ilə əlaqəlidir. Bu zaman mütləq dalağınızı müayinə etdirin.

4. Göz altında yaranan şişlər

Gözaltı nayihənin şişməsinin bir sıra səbəbi ola bilər: yuxusuzluq, böyrək xəstəlikləri, güclü stress, zəif qidalanma və s.

5. Yanağın almacıq hissəsi

Almacıq nayihənizin tərkibi dəyişir, rəngi solur, qırmızı nöqtələr əmələ gəlirsə, ciyərlərinizin fəaliyyətində ciddi problem var. Bu hala siqaret çəkən insanlarda daha çox rast gəlinir.

6. Yanağın aşağı hissəsi

Bu nayihədə yaranmış dəri qüsurlarının əsas səbəbi tutduğunuz uğursuz pəhriz ola bilər. Yanağı aşağı hissəsindəki qızartılar bəzən yağ çatışmazlığı, bir çox hallarda isə yağın orqanizmdə həddən artıq olması ilə bağlıdır. Bu o deməkdir ki, artıq sağlam qidanı gündəlik rasionunuza daxil etməyin zamanıdır.

7. Burun

Burun dərisinin sərtləşməsi, dəri daxilində yaranmış xırda şişlər zob xəstəliyindən xəbər verir. Burun deşiklərində yaranmış şişkinlik də zobun başlıca səbəblərdən biridir. Bu problemə astma xəstələrində də tez-tez rast gəlinir.

8. Burun ucu

Burun ucunda yaranmış qızartı və şişkinlik isə ciyərlərin və ürəyin narahatlığından xəbər verir.

9. Üst dodaqla burun arası məsafə

Bu nayihədə yaranmış qızartı hormonal problemdən və vitaminsizlikdən xəbər verir.

10. Dodaqlar

Dodağın rənginin dəyişməsi mədə və bağırsaqdakı ciddi xəstəliklərin əlamətidir. Bu həmçinin dalaq, öd kisəsinin də funksiyasının pozulması deməkdir.

Sağlam olun!

Leyla Sarabi

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR