Mənzildə yanğın başlayıbsa, nə etmək lazımdır?
Sağlamlıq
21 Avqust 2017 12:12

Mənzildə yanğın başlayıbsa, nə etmək lazımdır?


Yanğın-təkcə əmlaka deyil, həm də sağlamlığa zərər vura bilər.

Metbuat.az xəbər verir ki, mənzildə yanğın baş veribsə, bu qaydalara əməl etmək lazımdır.

Əgər yanğın hadisəsi gecə baş veribsə və sizin yanğın siqnalizasiya sisteminiz yoxdursa, pəncərəyə və ya dəhlizə qaçaraq ailə üzvlərinizi və qonşuları oyatmaq üçün “Yanğın!” deyə qışqırın. 101 nömrəsinə zəng edərək yanğının baş verdiyi yer barədə dəqiq məlumat verin. Yanğın yalnız bir otaqda baş veribsə, qapını bağlayın və elektrik avadanlıqlarını xəttdən ayırın. Yanğının miqyası böyükdürsə, mənzili dərhal tərk edin və bütün qapıları arxanızca bağlayın. Əks halda təmiz hava axını yanğının qısa müddətdə bütün mənzilə yayılmasına səbəb olacaq. Yalnız hamı bir yerə yığışdıqdan sonra çıxışa tərəf gedin. Güclü tüstü və istidən qorunmağa çalışın. Əgər zamanınız varsa, palto və qalın altlığı olan ayaqqabı geyinin, ağız və burnunuzu nəm parça və ya dəsmalla bağlayın. Heç bir halda liftdən istifadə etməyin, çünki tərkibində zəhərli qazlar olan sıx tüstü qatı tez bir zamanda liftin şaxtasına və kabinəsinə dola və içəridəki insanların boğulmasına gətirib çıxara bilər. Əgər yanğın sizin üçün bilavasitə təhlükə törətmirsə, mənzilinizin qapılarını bağlayaraq içəridə qalmağa çalışın. Tüstü qapıdan içəri daxil olmağa başladığı zaman, qapının kənarlarını və arxasını su ilə isladılmış dəsmalla örtün, bu, tüstünün mənzilə daxil olmasının qarşısını alacaq. Əgər çöldə hava təmizdirsə, eyvan çıxaraq qapını arxanızca bağlayın və yanğınsöndürənləri gözləyin.

Yanğından qorunmaq üçün bunları bilməyiniz məsləhətdir:

Kibrit və alışqanı uşaqların əli çatmayan yerə qoyun. Ventilyasiya sistemi zəif olan otaqlarda qaz qızdırıcıları və ya buxarıdan istifadə etməyin. Yanar sobaları nəzarətsiz qoymayın. Yataqda siqaret çəkməyin. Müntəzəm olaraq elektrik naqillərini, isitmə qurğuları və sistemlərinə nəzarət edin.

Uşaqlara yanğın zamanı 101 nömrəsinə zəng etməyi öyrədin. Evinizdə və ya binada alov gördüyünüz və ya tüstü iyi hiss etdiyiniz zaman dərhal yanğından mühafizə xidmətinə zəng edin. Söndürülməmiş siqaret kötüyünü heç vaxt pəncərə və ya eyvandan atmayın, çünki o sizdən altdakı mənzilə və ya eyvana düşərək yanğına səbəb ola bilər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

18 Yanvar 2018 02:32
Bakıda banka SİLAHLI BASQIN

Bakıda banka SİLAHLI BASQIN

18 Yanvar 2018 15:43
Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08