"Qarabağ"ın oyununa təyinat alan referi əvvələr Azərbaycan yığmasının mərhum baş məşqçisini qovub
İdman
21 Avqust 2017 14:06

"Qarabağ"ın oyununa təyinat alan referi əvvələr Azərbaycan yığmasının mərhum baş məşqçisini qovub


Bakı. 21 avqust. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində Danimarka təmsilçisi “Kopenhagen”lə “Qarabağ” arasında keçiriləcək cavab oyununun baş hakimi Alberto Undiano Malyenko ilk dəfə bu komandaların matçına təyinat alıb.
“Report”un məlumatına görə, 2004-cü ildə FİFA dərəcəsi alan ispaniyalı referi bunadək Azərbaycan klublarından da heç birinin oyununda fit çalmayıb. Lakin o, 2005-ci il iyunun 4-də Bakıya səfər edib.
İxtisasca sosioloq olan 44 yaşlı 2006-cı il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Polşa görüşündə söz sahibi olub. Həmin qarşılaşmada Azərbaycan yığmasının mərhum braziliyalı baş məşqçisi Karlos Alberto Torres ispaniyalı referinin qərarlarına kəskin formada etirazını bildirib. O, Malyenkonu rüşvət almaqda ittiham edib. Nəticədə baş hakim braziliyalı mütəxəssisi texniki zonadan kənarlaşdırıb. 0:3 hesablı məğlubiyyətlə yekunlaşan oyundan sonra isə Torres istefa verib.
Qeyd edək ki, avqustun 23-də Danimarka paytaxtındakı "Parken" stadionunda baş tutacaq “Kopenhagen” – “Qarabağ” görüşüı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.  

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08