Gözəllik salonlarında HEPATİT təhlükəsi var
Sağlamlıq
21 Avqust 2017 17:02

Gözəllik salonlarında HEPATİT təhlükəsi var


Hepatit virus yoluxması ilə yaranan qaraciyər iltihabıdır.

“Günümüzdə ən çox B və C virusundan əziyyət çəkirlər”.

Bunu Metbuat.az-a açıqlamasında həkim-qastroenteroloq Habil Hüseynov deyib: “Ürək bulanması, qusma, ishal, şiddətli iştahasızlıq, yorğunluq, qarnın üst bölgəsində ağrı xəstəliyin əlamətləridir”.

Xəstəlik necə yoluxur?

Həkim Habil Hüseynov deyib: “Qan köçürmə zamanı xəstə qanı ilə çirklənmiş alətlər, stomatoloji vasitələr, sterilizə olunmamış cərrahi alətlərdən istifadə, cinsi yolla ötürülmə və s. Hepatit C virusuna yoluxma ehtimalını artırır. Hepatit C-yə yoluxmuş insanların istifadə etdikləri dırnaq qayçısı, təraş bıçağı, diş şotkası və s. xəstəliyin yayılmasına təkan verən vasitələrdir. Həmçinin, bərbərlərin istifadə etdikləri ülgüclər, lezvalar, qadın salonundakı qayçılar, dırnaq avadanlıqları və s. steril olmayan bütün alətlər bu cür təhlükəlidir”.

Həkimlərin sözlərinə görə, gözəllik salonlarında istifadə edilən sterilizasiya olunmamış alətlər Hepatit C virusu yarada bilər. Bəs, salonlar yoluxucu xəstəliklərdən qorunmaq üçün hansı tədbirlər görür?

Paytaxtın məşhur salonlarından bir neçəsi ilə əlaqə saxladıq. Salonlardan birinin administratorunun sözlərinə görə, onlar belə hallarla üzləşməmək üçün müştərini yalnız öz alətləri ilə qəbul edir, digər salondan deyilib ki, ildə bir dəfə bütün işçilər tibbi müayinədən keçir. “Otaqların hamısında dezinfeksiya aparatları var, alətlər təmizlənir, bütün gigiyenik qaydalara riayyət olunur”.

Ötən il Səhiyyə Nazirliyində yaradılan müvafiq komissiya tərəfindən 2648 hepatitli xəstə müayinə olunub. Onlardan 1766 nəfəri pulsuz dərman preparatları ilə müalicəyə cəlb edilib.

Statistik rəqəmlərdən göründüyü kimi hepatitli xəstələrin sayı o qədər də az deyil və təəssüf ki, rəqəmlər artmaqda davam edir.

Həkim Habil Hüseynov əlavə edib ki, Hepatit A və B əleyhinə vaksinlər olsa da,Hepatit C üçün vaksinlər mövcud deyil. Virusun artmasının qarşısını almaq üçün vaxtında həkim müayinəsindən keçmək və risk faktorlarından qorunmaq yetərlidir.

Aysel Yaqubqızı / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Ən şanssız qan qrupları

Ən şanssız qan qrupları

19 Noyabr 2017 22:14
Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03