Abşeronda qəza -
Ölkə
21 Avqust 2017 23:02

Abşeronda qəza -


Abşeron rayonunda yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Müşviqabad qəsəbəsində baş verib. 

99 GP 739 dövlət nömrə nişanlı Chevrolet -AVEO markalı avtomobil qəsəbə ərazisində piyada keçidində piyadaya yol verərkən arxadan gələn KAMAZ markalı avtomobil idarəetməni itirərək həmin maşına çırpılıb. Hadisə nəticəsində Chevrolet-AVEO markalı aşaraq yolun kənarına çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb. 

Qəza nəticəsində Bakı-Şamaxı yolunda tıxac yaranıb. Hazırda əraziyə gələn yol polisləri tıxacın aradan qaldırılması istiqamətində tədbirlər görür.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR