Həm qanunsuzdur, həm də təhlükəli - elektriklə balıq ovlanılır - VİDEO
Ölkə
21 Avqust 2017 23:18

Həm qanunsuzdur, həm də təhlükəli - elektriklə balıq ovlanılır - VİDEO


Elektrik cərəyanı ilə balıq ovlanması qanunla qadağan olunmasına baxmayaraq, bəzi çaylarda belə hallara tez-tez rast gəlinir. Baxmayaraq ki, bu üsul balıqlarla yanaşı çaylardakı digər canlıların da kütləvi məhvinə səbəb olur. Eyni zamanda, elektrik cərəyanı ilə balıq ovlanması elə balıqçıların özü üçün də böyük təhlükədir.

Publika.az bildirir ki, bir neçə gün öncə Goranboy sakinini Qaraqucaq çayından balıq tutarkən cərəyan vurması nəticəsində ölməsi də bunu göstərir. Həmin kəndin sakinləri yaxın kəndlərdə, xüsusilə də dağ çayları olan kəndlərdə suya tok buraxmaqla balıq ovunun geniş yayıldığını deyirlər.

İnsanların öz həyatını təhlükəyə atmaları ilə yanaşı, təbiətə də bu cür qənim kəsilmələri isə brakonyerlərə qarşı mübarizəni bir daha gündəmə gətirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin baş müfəttişi İsmayıl Yunusov qanunsuz balıq ovuna qarşı nəzarətin gücləndirildiyini bildirib.

Xüsusilə dağ kəndlərində geniş yayılan bu cür ovlanmanın qarşısı alınmazsa, yaxın zamanlarda göllərdə və çaylarda balıq tükənəcək.

İsmayıl Yunusov onu da qeyd edib ki, elektrik vasitəsi ilə ovlanan balıqlar qida kimi istifadə üçün də uyğun deyil.

Mövzu ilə bağlı Xəzər TV-nin daha ətraflı videomaterialını təqdim edirik:

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08