Kapitan üçün əlamətdar tur -
İdman
22 Avqust 2017 0:22

Kapitan üçün əlamətdar tur -


Premyer Liqanın II turu Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub.

Metbuat.az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi yeni mövsümdə ilk çempionat matçına çıxmaqla yubiley qeyd edib. “İnter”lə ev oyunu (1:0) Rəşad üçün Premyer Liqada 300-cü olub. Cari mövsümədək 299 matç keçirən Sadıqov 300-ə komandası üçün doğma “Azersun Arena”da çatıb. 

Ölkə çempionatının güclülər dəstəsində 2000/01 mövsümündə “Turan”ın oyunçusu kimi debüt edən müdafiəçi Tovuz təmsilçisində 9 matç keçirib. Legioner həyatı yaşadığı müəyyən fasilələri saymasaq, Rəşad 2001-2009-cu illərdə “Neftçi”də 125, 2009-2017-ci illərdə “Qarabağ”da 166 qarşılaşmaya çıxıb. Arxa xətt oyunçusunun hesabında 16 qol var. 

Qeyd edək ki, Rəşad Azərbaycan çempionatları tarixində yarımçıq qalan və nəticəsi ləğv olunan qarşılaşmaları saymamaqla, 300 və daha çox oyun keçirən futbolçular siyahısında 17-cidir. Onadək 16 oyunçu 300-cü arxada qoyub. 

Azərbaycan çempionatları tarixinin ən çox oyun keçirən futbolçusu isə Mahmud Qurbanovdur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR