Hindistan Ali Məhkəməsi ölkədə yaşayan müsəlman kişilərdən boşanma hüququnu əlindən alıb
Maraqlı
22 Avqust 2017 10:41

Hindistan Ali Məhkəməsi ölkədə yaşayan müsəlman kişilərdən boşanma hüququnu əlindən alıb


Bakı. 22 avqust. REPORT.AZ/ Hindistan Ali Məhkəməsi ictimaiyyətin etiraz nümayişlərindən sonra İslam çərçivəsində qanunun istifadəsini yasaqlayıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, məhkəmə qanunu 6 aylıq müddətə bloklayıb.
Bu qanun ölkədəki müsəlman kişilərə həyat yoldaşına sadəcə üç dəfə "talyak" sözünü yazmaq və ya deməklə boşanmağa icazə verirdi. Amma Hindistanda yaşayan müsəlman qadınlar etiraz edərək, kişilərin bu sözdən sui-istifadə etdiyini, hətta boçanma barədə "Skype" və "WhatsApp"dan istifadə etdiklərini bəyan ediblər.
Qeyd edək ki, talyak (ərəbcə "boşanma" deməkdir) İslamda boşanma prosedurudur. Boşanma barədə elan etmək hüququ ərdə olur, arvad isə yalnız şəriət məhkəməsi vasitəsilə boşanma tələb etmək hüququna malikdir. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08