Təzyiqi aşağı salan möcüzəvi qarışıq
Sağlamlıq
22 Avqust 2017 10:42

Təzyiqi aşağı salan möcüzəvi qarışıq


Yüksək qan təzyiqi çox ciddi sağlamlıq problemidir.

Metbuat.az xəbər verir ki, bu xəstəliyin xüsusiyyətlərindən biri də əlamətinin olmamasıdır. Ancaq müalicəsi çox asandır. Mütəxəssislər deyir ki, baş ağrısı, tərləmə, baş gicəllənməsi, gərginlik, yorğunluq, üz qızarması və s. kimi əlamətləri ola bilər. Bu xəbərdə sizə təzyiqi aşağı salan xalq təbabəti üsulları təqdim edəcəyik.

Mütəxəssislər yüksək təzyiqi aşağı salmaq üçün sarımsaq yeməyi məsləhət görür.

Zeytun yağında saxlanılmış sarımsaq təzyiqin dərmanıdır. Qarışığı hazırlamaq üçün 20 baş sarımsaq, bir litr zeytun yağı və şüşə qaba ehtiyacınız var. Sarımsaqları soyub 2 hissəyə bölün. Şüşə qabın içərisinə bir litr zeytun yağı və 20 ədəd ortadan bölünmüş sarımsaq əlavə edin. Qarışığı istifadə etməzdən əvvəl 3 həftə saxlayın. Bu üsuldan faydalanmağın digər yolu da şəfalı yağı iki dilim çörəyin üzərinə sürtüb hər gün yeməkdir.

Təzyiqi aşağı salmaq üçün digər üsul isə limonlu qarışıqdır.

Tərkibi:

1 diş xırda sürtgəcdən keçirilmiş zəncəfil

1 yemək qaşığı alma sirkəsi

1 çay qaşığı orqanik bal

1 stəkan limon suyu

Bütün məhsulları blenderdə qatı qarışıq alana qədər qarışdırın. Soyuducuda 5 gün ərzində saxlayın. Səhər və axşam yeməyindən əvvəl bir şorba qaşığı yeyin. Gündə 3 şorba qaşığından artıq istifadə etməyin.

Aysel Yaqubqızı / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR