Hindistanda müsəlman kişilərin boşanma hüququ 6 aylıq dayandırılıb
Maraqlı
22 Avqust 2017 10:51

Hindistanda müsəlman kişilərin boşanma hüququ 6 aylıq dayandırılıb


Bakı. 22 avqust. REPORT.AZ/ Hindistan Ali Məhkəməsi ictimaiyyətin etiraz nümayişlərindən sonra İslam çərçivəsində qanunun istifadəsini qadağan edib.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, məhkəmə qanunu 6 aylıq müddətə bloklayıb.
Bu qanun ölkədəki müsəlman kişilərə həyat yoldaşına sadəcə üç dəfə "talyak" sözünü yazmaq və ya deməklə boşanmağa icazə verirdi. Amma Hindistanda yaşayan müsəlman qadınlar etiraz edərək, kişilərin bu sözdən sui-istifadə etdiyini, hətta boşanma barədə "Skype" və "WhatsApp"dan istifadə etdiklərini bəyan ediblər.
Qeyd edək ki, talyak (ərəbcə "boşanma" deməkdir) İslamda boşanma prosedurudur. Boşanma barədə elan etmək hüququ ərdə olur, arvad isə yalnız şəriət məhkəməsi vasitəsilə boşanma tələb etmək hüququna malikdir. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR