Norveç yığmasının baş məşqçisi: "Azərbaycan millisini qiymətləndirməməyimiz doğru olmaz"
İdman
22 Avqust 2017 14:16

Norveç yığmasının baş məşqçisi: "Azərbaycan millisini qiymətləndirməməyimiz doğru olmaz"


Bakı. 22 avqust. REPORT.AZ/ “Azərbaycan millisini qiymətləndirməməyimiz doğru olmaz. Bu, son iki ildə FİFA reytinqində 60 pillə yüksələn komandadır”. 
“Report”un məlumatına görə, bunu Norveç yığmasının baş məşqçisi Lars Laqerbek futbol üzrə 2018-ci il dünya çemionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan millisi ilə keçirəcəkləri oyunu şərh edərkən deyib. 69 yaşlı mütəxəssis keçirdiyi mətbuat konfransında Azərbaycan yığmasının heyətində yer alan “Qarabağ”ın futbolçularına diqqət çəkib: “Rəqibin yaxşı heyəti var. Bir sıra oyunçuları Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək imkanına malik “Qarabağ” klubundandır. Asan olmayacaq. Ona görə də qalib gəlmək üçün yaxşı çalışmalıyıq". 
İsveçli baş məşqçi Norveç millisinin gənc komanda olduğunu da vurğulayıb: "Hazırda bizim kifayət qədər oyunçu nəslimiz var. Fikrimcə, bu, çox vacibdir. Hələlik bəzi futbolçular arasında fərq hiss olunmur. Bəziləri oyun praktikalarının azlığına baxmayaraq, yaxşı vəziyyətdədirlər. Norveç millisi gənc komandadır və yaxşı gələcyi var”.
Qeyd edək ki, sentyabrın 1-də Oslodakı Ullevaal stadionunda keçiriləcək Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR