“Satılır” elanı yazılan bütün avtomobillər cərimələnə bilməz
Digər
23 Avqust 2017 10:42

“Satılır” elanı yazılan bütün avtomobillər cərimələnə bilməz


Üzərinə “Satılır” elanı yazılan bütün avtomobillər cərimələnmir.  

Bu barədə nəqliyyat məsələləri üzrə eksprt Ərşad Hüseynov Metbuat.az-a açıqlaması zamanı bildirib. Onun sözlərinə görə,qanunsuz reklama görə sürücülərin cərimələnməsi ilə bağlı xəbərdarlığı bütün avtomobillərə şamil etmək olmaz:

“"Reklam haqqında" Qanun fərq qoymadan "reklam" ifadəsi işlətsə də, reklam kommersiya məqsədli informasiyadır. Hesab edirəm ki, bu cərimə öz avtomobilini satan sürücüyə tətbiq edilə bilməz. Çünki öz avtomobilini satmağı elan etmək kommersiya xarakterli reklam sayılmır (Qanunun 1.2-ci maddəsində göstərilib). Kimsə peşəkar olaraq avtomobil satışı ilə məşğul olursa və satışa çıxardığı növbəti avtomobillər üzərinə belə yazı yazıb yolda idarə edirsə, onda qanunsuz reklamdan və cərimədən söhbət gedə bilər. Çünki bu artıq kommersiya xarakterli reklamdır”.

Ekspert sürücüləri diqqətli olmağa çağırıb:

“DYP bu məsələyə də diqqəti artırmağa başlayıb və artıq rəsmi məlumat da verilib. Satış yerində qoyulan (yolda idarə edilməyən) avtomobil üzərinə yazılan hər hansı reklam yazısına görə isə cərimədən söhbət gedə bilməz”.

Xəyalə Məmmədova / METBUAT.AZ 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR