"Qarabağ" tarixi oyuna çıxır
İdman
23 Avqust 2017 11:02

"Qarabağ" tarixi oyuna çıxır


Bu gün “Qarabağ” futbol klubu tarixi oyuna çıxır.

Metbuat.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün Danimarkanın Kopenhagen şəhərindəki “Parken” stadionunda təmsilçimiz “Qarabağ” “Kopenhagen” klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq qarşılaşmanı ispaniyalı hakimlər idarə edəcək:

Baş hakim: Alberto Undiano Malyenko

Baş hakimin köməkçiləri: Roberto Alonso, Raul Kabanero

Dördüncü hakim: Dieqo Barbero Sevilya

Əlavə köməkçi hakimlər: Alexandro Hernandes, Xose Maria Sançes Martines

Xatırladaq ki, bu komandalar arasında avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk oyun 1:0 hesabı ilə “Qarabağ”ın xeyrinə yekunlaşmışdı.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08