O xərçəngin dərmanıdır, Azərbaycanda bitir
Sağlamlıq
23 Avqust 2017 12:22

O xərçəngin dərmanıdır, Azərbaycanda bitir


Mövsümün ən çox istifadə edilən tərəvəzlərindən biri badımcandır. 

Metbuat.az xəbər verir ki, badımcan orqanizm üçün çox faydalıdır. A vitamini və fosforla zəngindir. Badımcanın ən faydalı xüsusiyyəti əsəbləri sakitləşdirilməsidir. Təbii sidikqovucu olduğu üçün arıqlamağa yardım edir. Damarları yüksək xolestrolun yaratdığı pis təsirlərdən qoruyur. Əzələlərin inkişafına yardım edir və əzələ sıxılmalarına yaxşıdır. Həzmsizliyin qarşısını alır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

A, B1, B2, C vitaminləri ilə zəngindir. Həmçinin, tərkibində kalsium, kalium və dəmir kimi minerallar var.

Badımcan ürək xəstəliklərinin yaranmasının qarşısını alır, xərçəngə yoluxma riskini azaldır, beynin fəaliyyətini yaxşılaşdırır. Güclü antioksidantdır. Şəkər xəstələri rahatlıqla istifadə edə bilər.

Qeyd edək ki, badımcanın tərkibində böyrək və öd kisəsi problemləri olanlar üçün zərərli turşular var. Bu səbəblə, böyrək və öd kisəsi daşı olan xəstələrin pencər, badımcan və ispanaq yemələri məsləhət deyil.

Aysel Yaqubqızı / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08