Misirin XİN başçısı ABŞ prezidentinin müşaviri ilə görüşünü təxirə salıb
Dünya
23 Avqust 2017 14:06

Misirin XİN başçısı ABŞ prezidentinin müşaviri ilə görüşünü təxirə salıb


Bakı. 23 avqust. REPORT.AZ/ Misirin xarici işlər naziri Sameh Şükri ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni Cerad Kuşnerlə görüşünü təxirə salıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.
C.Kuşneri Orta Şərq ölkələrinə səfərə çıxıb və son dayancağaı Misir olub.
Məlumata görə, ABŞ insan haqlarının vəziyyəti ilə əlaqədar Misirə etdiyi maliyyə yardımını dayandırıb. Rəsmi Qahirə Ağ evin bu addımının ikitərəfli münasibətlərə mənfi təsir edəcəyini bildirib.
İnformasiyaya əsasən, ABŞ Misirdə insan haqlarının qorunmasında və demokratik normaların təmin edilməsində irəliləyişə nail olunmasını dəstələmək məqsədi ilə 95, 7 milyon dollar, bundan başqa 195 milyon dollar əlavə yardım göstərməyi planlaşdırırmış. Lakin insan haqlarının durumuna görə yardımların edilməsi təxirə salınıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 yanvar

Astroloji proqnoz - 21 yanvar

21 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08