"Kopenhagen"inin baş məşqçisi: "Rəqib 2 imkan qazandı və lazımi qaydada yararlanaraq qol vurdu"
İdman
24 Avqust 2017 2:01

"Kopenhagen"inin baş məşqçisi: "Rəqib 2 imkan qazandı və lazımi qaydada yararlanaraq qol vurdu"


Bakı. 24 avqust. REPORT.AZ/ "Bu gün son iki ev oyunundakı kimi yaxşı çıxış etdik. Özümüz 6-7 yaxşı şans əldə etsək də, rəqib yalnız 2 imkan qazandı və bunlardan keyfiyyətcə lazımi qaydada yararlanaraq qol vurdu".
"Report"un məlumatına görə, bunu Danimarka "Kopenhagen"inin baş məşqçisi Stole Solbakken "Qarabağ"ı 2:1 hesabı ilə yendikləri Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
Qırx doqquz yaşlı mütəxəssis bildirib ki, iki oyunun yekununda mərhələ keçə bilməsələr də, get-gedə daha yaxşı formaya düşmə mərhələsindədirlər:
"Bu gün həm də Federiko Santanderi itirdik. Onsuz necə keçinəcəyimizi zaman göstərəcək".
Qol imkanlarından yararlana bilməsələr də, Solbakken komandasının yaradıcı oyunundan razılıq ifadə edib. Onun fikrincə, "Kopenhagen" hər iki matçda bu cür oyun sərgiləsəydi, Çempionlar Liqasının qrup mərhələsinə adlaya bilərdi:
"Bugünkü oyunu isə hərtərəfli yaxşı matç kimi dəyərləndirərdim".
"Qarabağ" evdə 1:0 hesabı ilə yendiyi "Kopenhagen"i səfərdə vurduğu qol sayəsində üstələyib (1:2).

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08