İçərişəhərdə keçirilən UNUDULMUŞ YEMƏKLƏR FESTİVALINDAN FOTOREPORTAJ
Qadın dünyası
2 Sentyabr 2017 19:33

İçərişəhərdə keçirilən UNUDULMUŞ YEMƏKLƏR FESTİVALINDAN FOTOREPORTAJ


Xəbər verdiyimiz kimi dünəndən etibarən İçərişəhərdə “Unudulmuş yeməklər” adlı yemək festivalına start verilib.

Publika.az xəbər verir ki, sentyabrın 1-dən 3-dək davam edəcək festivalın əsas məqsədi şəhərin tarixi hissəsində Qurban bayramı abu-havası yaradaraq bayram təntənəsini Bakı sakinləri və şəhərin qonaqları ilə birlikdə qeyd etməkdir. Tədbir eyni zamanda, Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəxin unudulan zənginliklərini nümayiş etdirərək xalqın süfrəsinə geri qaytarmaq məqsədi daşıyır. Festival çərçivəsində iştirakçılar yeməklərin hazırlanmasında və təqdimatında iştirak ediblər.

Siyahıya ulu nənələrimizin 40-cı illərdə hazırladığı reseptlər daxildir. Onlar arasında ən qədimi şaşandaz xörəyi, ən faydalısı həlimli aş, ən acılısı isə zəngi çörəyi olub.

Aytən

Fotolar: Elnur Muxtar
























loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08