Yapon qadınlarının gənclik sirri budur
Qadın dünyası
4 Sentyabr 2017 12:22

Yapon qadınlarının gənclik sirri budur


Yapon qadınlarının gənc görünməsinin səbəbi açıqlanıb.

Metbuat.az xəbər verir ki, yaponların ən çox istifadə etdiyi qidalardan biri olan düyünü eyni zamanda, gözəlliklərinə gözəllik qatmaq üçün istifadə edirlər. Bu dəfə sizə yapon qadınlarının gözəllik sirri olan düyü maskasını təqdim edirik.

Lazım olan ərzaqlar:

2 çay qaşığı düyü

 2 şorba qaşığı süd

1 şorba qaşığı bal

Hazırlanması:

Düyünü qaynadıb suyunu süzün. Suyu atmayın. Südü isidin və qaynatdığınız düyünü əlavə edin. Balı qatıb yaxşıca qarışdırın. Təmizlənmiş və quru dərinizə hazırladığınız maskanı sürtün.

15 dəqiqə sonra maskanı üzünüzdən silmək üçün düyü suyundan istifadə edin. Həftədə bir dəfə bu maskanı tətbiq edin, 2 ay içərisində təsirini görəcəksiniz.

Qeyd edək ki, bu maska vitamin baxımından da zəngindir. Qan təzyiqi və yüksək təzyiqi olanlar üçün ən faydalı qidalardan biridir. Tərkibində xolestrol yoxdur.

Aysel Yaqubqızı / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR