Qurban ətini belə istifadə etməlisiniz
Sağlamlıq
4 Sentyabr 2017 18:12

Qurban ətini belə istifadə etməlisiniz


Qurban ətini yanlış şəkildə istifadə etməyin ciddi sağlamlıq problemlərinə yol açdığını bilirsiniz?

Metbuat.az xəbər verir ki, düzgün istifadə edilməyən qurban əti ciddi sağlamlıq problemlərinə, bədəndə infeksiyaya, hətta xolestrol və ürək-damar xəstəliklərinə səbəb ola bilər. Bu səbəblə, mütəxəssislər qurban ətini bişirərkən və yeyərkən diqqət etməli olduğunuz məqamları açıqlayıb.

Dondurucudan çıxartdığınız ətin dəzgahda açılmasını gözləməyin. Yaxşı olar ki, əti soyuducuda və ya mikrodalğalı sobada saxlayasanız. Dəzgah üzərində açılmağa başlayan ət isti havanın təsiri ilə bakteriya istehsal edir.

Bişən ətləri soyuducuda saxlamayın. Ən azı 3 gün ərzində yeməlisiniz. Əgər qurban ətindən qovurma hazırlayacaqsınızsa, bişirməzdən əvvəl bir gün saxlayın. Qovurmanı aşağı atəşdə, öz yağında bişirməyə diqqət edin.

Qurban ətini manqalda bişirməyin. Manqalda bişən ət protein itkisinə səbəb olacaq. Eyni zamanda, belə ətin konsorogen hala gəldiyini də unutmayın.

Aysel Yaqubqızı / Metbuat.az

Gündə bir stəkan için, xərçəngi yox edir - Oxumaq üçün tıkla

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR