Qazaxda yeni doğulan körpə öldü: Ailə həkimləri günahlandırır
Sağlamlıq
5 Sentyabr 2017 14:28

Qazaxda yeni doğulan körpə öldü: Ailə həkimləri günahlandırır


Qazax rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə dünayaya gələn körpə ölüb. Qazax rayon Yuxarı Salahlı kənd sakini, 1989-cu il təvəllüdlü Vüsalə Məmmədrzayevanın qayınatası Mətləb Məmmədov uşağın ölümündə həkimləri günahlandırıb.

Publika.az-a danışan qayınatanın sözlərinə görə, gəlini hamiləliyi boyunca Tovuz rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olub və hər ay lazımı müayinələrdən keçib.

“Sentyabrın 2-də axşam saatlarında gəlinim anasıgildə olanda özünü narahat hiss edib. Anası onu Qazax rayon Mərkəzi Xəstəxanasına aparıb. Gəlinimi müayinə edən kimi həkim Bünyamin Abbasəliyev əməliyyat edib. O hər il bir uşağı, ananı öldürür. Biz olmamışıq, doğum vaxtından 20 gün əvvəl gəlinimi əməliyyat edib. Uşaq tez doğulduğuna görə ciyər açılmayıb. Bir gün küvezdə saxladılar, hər şeyin qaydasında olacağını, uşağın yaxşı olacağına söz verdilər. Bizə 90 manatlıq iynə-dərman aldırdılar. Səhər uşağı yoldaşımın qucağına verdilər ki, “Bizlik deyil. Hara aparırsınız, aparın”dedilər. Uşağı Gəncə Mərkəzi xəstəxanasına apardıq, amma nə qədər yardım etsələr də uşağı xilas edə bilmədik. Nəvəmin ölümündə səbəb məhz Bünyamin həkimdir”.

M.Məmmədov idda edir ki, B.Abbasəliyev əməliyyat üçün onlardan 500 manat ödəniş tələb edib:

“Həkim əməliyyatdan sonra gəlinimin anasında 500 manat ödəniş tələb edib. O da ancaq 200 manat verib, sonra 300 manatı da ödəyəcəyini deyib. Biz uşağın meyitini evə gətirəndə, o, qızın anasına zəng edib 300 manatı tələb edib. Pulu verməyəcəkləri halda polis maşınlarını evə göndərəcəyi, bölməyə apartdıracağı ilə təhdid edib. Qadın da qonşudan 300 manat tapıb, Bünyamin Abbasəliyevə verib. Hadisə barədə polisə, prokurorluğa şikayət etdiyimizi biləndən sonra qorxduğundan gəlinimin anasının evinə gələrək aldığı pulu qaytarmaq istəyib”.

Bu, V.Məmmədrzayevanın ikinci hamiləyidir. Birinci uşağı Tovuz rayon Mərkəzi Xəstəxanasında doğulub. M.Məmmədov bildirib ki, Tovuz rayonundakı həkimi uşağın təbii doğuşla dünyaya gətirməyin mümkün olduğunu bildirib.

Qazax Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsininşöbə müdiri Aynur Namazlı V.Məmmədrzayevanın xəstəxananın reanimasiya şöbəsinə qanaxma ilə müraciət etdiyini deyib:

“Həkimlər təcili konsultasiya edib və xəstəni əməliyyata götürmək qərarı verilib. Hamiləliyin 37-38-ci həftələri olduğundan bu, doğum üçün erkən hesab edilmir. Həmçinin qanaxma səbəbindən ilk növbədə ananı xilas etmək üçün təcili əməliyyat təyin edilib. Vüsalənin özü, anası, bacısı qanaxma ilə xəstəxanaya daxil olduğunu və əməliyyata razı olduqlarını rəsmi surətdə imzaları ilə təsdiqləyiblər. Uşaqda doğulandan 1 gün sonra kəskin sarılıq başlayıb. Bu zaman ailə Tovuzda ailə həkimlərinin olduğunu əsas gətirərək Vüsaləni onun yanına aparacaqlarını deyiblər. Bizdə olan məlumata görə, xəstə sonra Gəncə Mərkəzi Xəstəxanasına aparılıb. Orada da uşağa anadangəlmə qan xəstəliyi diaqnozu qoyulub. Biz ailəyə uşağı Bakıya aparmağı məsləhət görmüşdük. Lakin hansı xəstəxayana aparılmasından asılı olmayaraq, anadangəlmə qan xəstəliyini müalicə etmək mümkün olmayacaqdı. Qaraciyər qarın boşluğuna dağılmışdı. Uşaqla ana ilə rezus uyğunsuzluğu var idi. Hamiləlik müddətində antenatal dövrdə antitelası müayinə edilməli idi. Lakin onun yoxlanılması barədə bizdə məlumat yoxdur”.

A.Namazlı bildirib ki, hamiləliyin 30 hətəliyi olsa belə, biz anadakı qanaxma səbəbindən əməliyyatı mütləq edəcəkdik. Lakin uşaqda ağciyərin açılmaması problemi olmayıb.

Əməliyyatı edən həkim B.Abbasəliyev isə Publika.az-a əməliyyata ginekoloqların qərar verdiyini bildirib:

“Mən cərraham, xəstə qanaxma ilə müraciət etdiyinə görə ginekoloqlar əməliyyat məsləhət gördü. Qadında 2-3-cü səviyyəli qanaxma idi, onu başqa xəstəxanaya göndərmək gec ola bilərdi. 75 dəqiqə ərzində ana əməliyyat edilməli idi. Ana da, uşaq da əməliyyatdan sağ çıxdı. Əməliyyata qızın ailəsinin razılığı olub”.

Əməliyyata görə ailədən ödəniş tələb etməsinə gəldikdə, həkim bunun yalan olduğunu deyib:

“Bura dövlət xəstəxanasıdır, hər şey təmənnasızdır. Ailə əməliyyatdan sonra mənə hörmət etmək üçün müraciət edib. Ancaq uşaqları rəhmətə getdiyindən, ananın vəziyyəti ağır olduğundan hansı həkim risk edib onlardan nəsə tələb edə bilərdi?"

Gülxar

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...