Güclü külək, yağış - XƏBƏRDARLIQ
Digər
6 Sentyabr 2017 13:17

Güclü külək, yağış - XƏBƏRDARLIQ


Bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə  22-25°, günün birinci yarısında 28-33°, axşam 24°-dək isti, Bakıda gecə  23-25°, günün birinci yarısında 31-33°, axşam 24°-dək isti olacağı gözlənilir.
 

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 7-si gündüzdən 8-i səhərədək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. 

 

Sabah Azərbaycanın rayonlarında səhər şimal və şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə  intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  20-25°, gündüz  33-38°, dağlarda gecə 13-18°, gündüz  22-27° isti olacağı gözlənilir.
 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR