Uşaqlarda qeyri-iradi sidik ifrazının səbəbləri və müalicəsi
Sağlamlıq
6 Sentyabr 2017 15:43

Uşaqlarda qeyri-iradi sidik ifrazının səbəbləri və müalicəsi


Uşaqlarda enurez (gecə sidiyi saxlaya bilməmək) diaqnozu 5 yaşından sonra qoyulur. Çünki 5 yaşına qədər uşağın sidik ifrazı yuxuda olan zaman nəzarətdən çıxa bilər. Bu yaşdan sonra isə uşaqda beyinin yetkinliyi kifayət qədər olmasa, o, yuxuda olan zaman sidik kisəsinin dolmasını və sidik ifraz eləməyi nəzarətdə saxlaya bilməz. Enurez qızlara nisbətən oğlan uşaqlarında daha çox rast gəlinir.

Bu sözləri Axar.az-a uşaqlarda gecələr tez-tez rast gəlinən qeyri-iradi sidik ifrazından danışan həkim nevroloq Gülşən Quliyeva deyib. O bildirib ki, bu xəstəliyin səbəbləri müxtəlifdir:

“Burada birinci növbədə genetik faktorun rolu var. Pasiyentlərdən də bu barədə soruşduğumuz zaman aydın olur ki, uşağın atasında, əmisində, dayısında və yaxud digər qohumlarında müəyyən yaşa qədər oxşar hallar olub. Belə ailələr adətən arxayın olurlar ki, uşaqda da bu bir müddət sonra dayanacaq. Ancaq bu xəstəlik həm uşağın psixologiyasına mənfi təsir edir, həm də anaya narahatlıq, əsəb verir. Hətta bu xəstəlik ikinci infeksiyaların əmələ gəlməsinə də şərait yaradır. İkinci bir səbəbi isə bətndaxili hər hansı bir xəstəliklə bağlı olur və yaxud doğuş zamanı və ya doğuşdan sonrakı problemlərdir. Belə uşaqların yaddaşı və ya nitq inkişafı zəif olur və verilən informasiyanı yaşıdlarından gec qavrayır”.

Enurezə digər səbəbin infeksiyalar ola biləcəyini deyən Gülşən Quliyeva bildirib ki, belə uşaqlarda mütləq qaydada sidiyin ümumi analizi, sidiyin əkilməsi prossesi həyata keçirilir:

“Xəstəliyə səbəb hər hansı faktorlar varsa, müalicədən əvvəl onu aradan qaldırmağa çalışırıq. Bu səbəblər arasında hormonol problemlər də ola bilər. Ümumiyyətlə orqanizmdə sutka ərzində sidik ifrazı gündüzə nisbətən gecələr az olmalıdır. Bunu da nəzarətdə saxlayan vazopressin hormonudur. Bəzi uşaqlarda bu hormonun çatışmazlığı səbəbi ilə sidiyin ifrazı çox olur. İkincili enorez isə uşaqda müəyyən bir müddətdən sonra başlayır. Bu, hər hansı bir stressdən, ailədaxili münaqişələrdən və digər uşaq psixologiyasına təsir edən səbəblərdən yarana bilər. Bəzən isə uşaqlar diqqət cəlb etmək üçün yerlərini isladırlar. Burada biz mütləq şəkildə psixoloqun konsultasiyalarına ehtiyac duyuruq. Stressdən əmələ gələn enorezin müalicəsəni psixoloqla birlikdə həyata keçiririk. Öz təcrübəmdən də deyə bilərəm ki, ən çox rast gəldiyim beyin yetkinsizliyi səbəbdir. Belə hallarla qarşılaşdığımız zaman çalışırıq ki, beyinlə sidik kisəsi arasındakı əlaqəni yaxşılaşdıraq. Belə uşaqlar adətən çox dərin yatırlar. Bunun üçün sinir sistemləri ilə daha çox işləməyə başlayırıq”.

Həkim nevroloq Gülşən Quliyeva enurezin müalicə üsulundan danışan zaman qeyd edib ki, ən çox istifadə edilən metod homosiniatriya metodudur. Biotənzimləyici preparatları meridianlar üzrə xüsusi seçilən nöqtələrə vurulduğunu bildirən həkim həftədə iki dəfə olmaqla 10-12 seansdan sonra müalicənin effektini əldə etdiklərini söyləyib.

Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110

Telefon: (012,050,055,070) 430 89 89

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 oktyabr

Astroloji proqnoz - 22 oktyabr

22 Oktyabr 2017 00:08
Marsda YENİ KƏŞF

Marsda YENİ KƏŞF

22 Oktyabr 2017 07:03
loading...