Müğənni Nura Suridən reyhan şərbətinin resepti və onun faydaları - VİDEO
Qadın dünyası
6 Sentyabr 2017 16:18

Müğənni Nura Suridən reyhan şərbətinin resepti və onun faydaları - VİDEO


Reyhan şərbəti isti havalarda sərinləmək üçün ən sağlam və faydalı içkidir.

Publika.az xəbər verir ki, reyhan şərbətinin digər əsas üstünlüyü ondadır ki, o, tez və asanlıqla hazırlanır.

Ərzaqlar:

1 dəstə reyhan

10 çay qaşığı şəkər

3 ədəd mixək

1 ədəd çubuq darçın

Limon suyu

Reyhan şərbəti necə hazırlanır?

Reyhanı içi su ilə dolu qazana qoyub üzərinə bir neçə damcı sirkə əlavə edərək mikroblarının ölməsini gözləyin. Reyhanları yaxşıca yuduqdan sonra qazan və balona töküb üzərinə 1 litr qaynar suyu, həmçinin limon suyunu, çubuq darçını, mixəyi və şəkər tozunu da əlavə edin.

Reyhan şərbəti birinci bənövşəyi, sonda isə qırmızımtıl rəng alacaq. Reyhan suyunu 15 dəqiqə ərzində qazanda saxlandıqdan sonra içindəki ərzaqları süzüb için. Servis edərkən şərbətə buz əlavə etmək olar.

Məşhur müğənni Nura Suri isə reyhan kompotunu özünəməxsus şəkildə hazırlayır. Yemək hazırlamağın bir mədəniyyət olduğunu deyən və bundan zövq aldığını deyən ifaçı rehyan kompotuna gavalı da əlavə edir. İfaçı kompotun hazırlanma qaydasının görüntülərini sosial şəbəkədə paylaşıb:

Reyhan suyunun faydaları

Baş gicəllənməsinə yaxşı təsir edir

Reyhan şərbəti qanazlığı və qanda şəkər səviyyəsinin düşməsindən dolayı yaranan başgicəllənməsi və huşsuzluğu aradan qaldırır.

Ağız yaralarını sağaldır

Reyhan şərbəti şəkər halda qarqara edildikdə ağız yaralarını sağaldır.

Qəbizliyin qarşısını alır

Mədə pozğunluğu və bağırsaq qazlarını aradan qaldırır.

Yağları yandırır

Bu faydalı içki yağların yandırılması prosesini də süərləndirir.

Sakitləşdirici təsiri var

Sinir sistemi üçün təbii dərmandır. İnsanın stressdən sonra yaxşılaşmasını təmin edir və rahatlaşdırır.

Qeyd: Reyhan suyunun faydalarından yararlanmaq üçün onu şəkərsiz halda, səhər, günorta və axşam olmaqla gündə 3 dəfə içmək lazımdır.

Aytən

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08