Bakirə-kraliçanın sarayda kişilərlə ağlagəlməz ƏMƏLLƏRİ
Digər
7 Sentyabr 2017 11:23

Bakirə-kraliçanın sarayda kişilərlə ağlagəlməz ƏMƏLLƏRİ


Onu quldurların himayədarı, pərilər kraliçası və İngiltərənin Janna Darkı adlandırırdılar.

Publika.az bildirir ki, tarixdə bu gün, 7 sentyabr 1533-cü ildə həyatında bir dəfə də olsun ailə qurmayan və bakirə-kraliça titulu ilə fəxr edən kraliça I Yelizaveta Tüdor dünyaya gəlib.

Kraliça dəfələrlə qeyd edib ki, onun həyat yoldaşı İngiltərənin özüdür! Və övladları isə sadiq təbəələri. Onunla evlənməyə iddialı olanlar İngiltərənin bu və ya digər zaman kəsiyində hansı siyasət xəttini tutduğundan asılı olaraq dəyişirdi.

Alansonlu fransız hersoqla 10 ilə yaxın davam edən nişanı ərzində I Yelizaveta ona gah ümid verir, gah da Fransanın opponentləri ilə siyasi oyunlara qoşularaq, özündən uzaqlaşdırırdı.

Xalq arasında bəziləri bu xanımın sonsuz, bəziləri isə çoxlu məşuqlarının olduğunu söyləyirdi.

Kraliça ilə ailə qurmağa iddialıların çox olduğuna baxmayaraq, zahirən o, eybəcər idi. 29 yaşında ikən çiçək xəstəliyi keçirdiyi səbəbindən başı dazlaşmış Yelizaveta parik taxırdı. Həmçinin, onun istəyi ilə boyun nahiyəsindəki istənilən nöqsanları gizlədən hündür yaxalıqlar dəbə salınmışdı.

Hakimiyyəti dövründə quldurların İngiltərənin rifahı naminə ispan gəmilərini qarət etməsinə rəsmi olaraq icazə verilirdi. Beləcə, dövlət xəzinəsi artır, kraliça isə bunun qarşılığında dəniz quldurlarına müxtəlif cür titullar bəxş edir və keçmişdəki günahları bağışlayırdı.

I Yelizavetanın hakimiyyət dövrü onun ölümündən sonra ideallaşdırıldı. Necə olursa-olsun, İngiltərənin qüdrətli dəniz dövlətinə çevrilərək, Avropanın siyasi arenasında qabaqcıl mövqelərdə olmasının səbəbkarı məhz 45 il hökm etmiş I Yelizaveta olub.

I Yelizavetanın anası Anna Boleynin də taleyi kifayət qədər diqqətçəkən olub. Atası VIII Henrix heç nəyə baxmayaraq Anna Boleynlə ailə qursa da, üç ildən sonra öz əli ilə arvadının başını kəsmişdi.

Zaur H.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08