"Azercell"in auditi aparılıb
Texnologiya
7 Sentyabr 2017 15:36

"Azercell"in auditi aparılıb


Bakı. 7 sentyabr. REPORT.AZ/ "Azercell Telekom" MMC növbəti dəfə keyfiyyətin idarəolunması standartı üzrə İSO 10002:2014 sertifikatını alıb. 
Şirkətdən "Report"a daxil olan məlumata görə, bu sertifikat keyfiyyətli idarəetmə sisteminin şirkətin öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir.
Keyfiyyət auditini “Büro Veritas Azeri” MMC aparıb. Bu beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir.
"Azercell Telekom"un məhz müştərilərlə iş sahəsində fəaliyyətinin qiymətləndirilməsi təsadüfi deyil. Şirkət müştəri şikayətlərini bir təkmilləşdirmə fürsəti olaraq görür, şikayətlərin idarəedilməsi zamanı məxfilik, düzgünlük, tərəfsizlik, onların mümkün qədər tez həll edilməsi prinsiplərinə üstünlük verir. Həmçinin, şikayətləri səmərəli həll etmək ilə yanaşı müştəri məmnuniyyətinin artırılmasını hədəfləyir.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. Qeyd edək ki, Azercell Telekom ilk dəfə 2011-ci ilin martında sertifikatlaşdırma auditindən uğurla keçərək ISO 10002 Standartına uyğunluq sertifikatını qazanıb",- deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, "Azercell Telecom" Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, onlayn şəkildə xidmət göstərən "Azercell" sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir.Müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə, "Azercell" müxtəlif mükafatlara layiq görülüb. "Azercell" Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsinə - 58 müştəri xidmətləri mərkəzi və 347 rəsmi satış məntəqəsi ilə ən geniş satış şəbəkəsinə malikdir. Bu məntəqələr yüksək keyfiyyətli servis göstərmək üçün bütün ölkə boyu müştərilərin xidmətindədir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR