Tut yarpağının MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ
Sağlamlıq
8 Sentyabr 2017 10:48

Tut yarpağının MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ


Tut yarpağı bir çox xəstəliklərin müalicəsində istifadə edilən effektiv vasitədir.

Publika.az xəbər verir ki, tut yarpağının bütün faydalarından səmərəli şəkildə istifadə etmək üçün onun çayını dəmləmək, yaxud təpitmə üsulu ilə istifadə etmək olar.

Qızdırma əleyhinə təsiri var

Tut yarpaqlarından hazırlanan çay temperaturu aşağı salır.

Sidikqovucudur

Tut yarpağı çayı sidikqovucu təsiri sayəsində bədəndəki şişi (ödəm) azaldır.

Qanda şəkərin səviyyəsini tarazlaşdırır

Tut yarpağının çayı qanda şəkər səviyyəsini tarazlaşdırmağa kömək edir.

Ürəyi qoruyur

Tut yarpağı ürək xəstəliklərinin yaranmasının qarşısını alır. Bunun üçün tut yarpaqlarını, yemişan çiçəkləri ilə birlikdə qaynadıb suyunu içmək lazımdır.

Soyuqdəymə, boğaz ağrısı

Boğaz ağrısı və bronxitin müalicəsi üçün səhər və axşam yeməyindən əvvəl ac qarına tut yarpağı içmək təklif edilir.

Qara ciyərə faydalıdır

Tut yarpağı qaraciyər hüceyrələrini təmizləyir.

Ekzema xəstəliyi

Tut yarpağı uzun illərdir ki, ekzema xəstəliyinin müalicəsində istifadə olunur və effektli nəticələr əldə edilir.

Antioksidant qaynağıdır

Tut yarpağı bədəndəki sərbəst radikalların inkişafına mane olur. Beləliklə də tərkibindəki antioksidantlar dərinin qocalma prosesini ləngidir.

Ağrıkəsici

Tut yarpağı çayı ağrıkəsici təsiri ilə də tanınır.

Tut yarpağının çayı necə hazırlanır?

Ərzaqlar:

4 ədəd qurudulmuş tut yarpağı

1 litr su

Hazırlanması:

Qaynayan suyun içərisinə 4 ədəd qurudulmuş tut yarpaqlarını əlavə edin. Təxminən 2 saat ərzində dəmlənməsini gözləyin. Hazır olan tut yarpağı çayını gündə iki stəkan için. Tut yarpağı çayını yeməklərdən əvvəl içmək daha faydalıdır.

Aytən

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13
Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08