Qırğızıstanın 6 televiziya və radio kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb
Texnologiya
8 Sentyabr 2017 17:46

Qırğızıstanın 6 televiziya və radio kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb


Bakı. 8 sentyabr. REPORT.AZ/ Qırğızıstanın 5 televiziya – “Asia TV”, “Osh Pirim TV”, “Kyrgyzstan TV”, “Sentyabr TV”, “Ekho Manas TV” və 1 radio - “Next” FM kanalı "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.
Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. 
Məlumatda deyilir ki, "Azərkosmos" ASC ilə imzalanan müqaviləyə əsasən, sentyabr ayından etibarən televiziya kanalları 11015/H/13000 və radio kanalı 11095/V/30000 tezliyi ilə yayımlanır. Adıçəkilən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR