Azərbaycandakı Göte Mərkəzinin yeni direktoru Bakıya gəlib
Mədəniyyət
9 Sentyabr 2017 13:41

Azərbaycandakı Göte Mərkəzinin yeni direktoru Bakıya gəlib


Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda yeni açılan və sentyabr ayından fəaliyyətə başlayan Göte Mərkəzinin direktoru Alfons Huq Bakıya gəlib.
Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeni direktorun fəaliyyətə başlaması münasibətilə səfir Mixael Kindsqrabın igamətgahında rəsmi ziyafət təşkil olunub.
Səfir bildirib ki, bu, Almaniya və Azərbaycan arasında baş tutacaq "Mədəniyyət ipək yolu" layihəsi üçün əla başlanğıcdır.
Qeyd edək ki, Alfons Huq Azərbaycandan əvvəl Moskva, Rio-de-Janeyro və Laqosda Göte İnstitutunun direktoru vəzifəsində çalışıb.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR