Ədviyyatlardan düzgün istifadə qaydaları
Qadın dünyası
9 Sentyabr 2017 14:18

Ədviyyatlardan düzgün istifadə qaydaları


Bişirdiyiniz bütün xörəklərin ləzzətli olmağını istəyirsinizsə, ədviyyatlardan düzgün istifadə etmək qaydalarını öyrənməlisiniz.

Publika.az ədviyyatlardan düzgün istifadə qaydaları haqda yazını təqdim edir. Siyahını tam əzbərləyənədək əlinizin altında saxlayın.

Qoyun və mal əti üçün: qırmızı, qara və pul bibər, mixək, kəklikotu, kimyon, zirə, sarıkök, zərdəçal, soğan, oreqano

Toyuq və digər quş ətləri üçün: kəklikotu, rozmarin, reyhan qurusu, adaçayı, kəklikotu

Balıq əti üçün: dəfnə yarpağı, ağ istiot, zəncəfil, pul bibər,soğan, keşniş və ya toxumu, çili bibəri, xardal, şüyüd, kəklikotu, soğan

Qril (izaqara) üçün: qırmızı istiot, mayoran, hind qozu, zirə, zəncəfil, çili bibəri, hil

Kələm üçün: keşniş, razyana, qara xardalın toxumu, kimyon

Kartof üçün: keşniş, sarıkök, zərdəçal, şüyüd

Marinadlar üçün: dəfnə yarpağı, şüyüdün budaqları və ya qurudulmuşu, soğan

Meyvə şirələri və kompotlar üçün: darçın, mixək, hil, cirə

Xəmir bişmələri üçün: darçın, mixək, zəncəfil, cirə, apelsin və limon qabığı, xaş-xaş, vanil, küncüt, razyana

Paştetlər üçün: ağ istiot, dəfnə yarpağı, cirə, keşniş toxumu, mixək, zirə

İsti süd üçün: zərdəçal, zəfəran, darçın

Leyla Sarabi

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13
Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08