“Kitab bayramı 2017” adlı sərgi-yarmarka keçiriləcək
Mədəniyyət
11 Sentyabr 2017 11:11

“Kitab bayramı 2017” adlı sərgi-yarmarka keçiriləcək


Bakı. 11 sentyabr. REPORT.AZ/ “Kitab bayramı 2017” adlı sərgi-yarmarka keçiriləcək.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, nazirlik, Nizami Rayon İcra Hakimiyyəti və Respublika Kitabxana Kollektorunun təşkilatçılığı ilə sentyabrın 12-dən 22-dək Heydər Əliyev parkında yeni dərs ilinin başlanması ilə əlaqədar “Kitab bayramı 2017” adlı sərgi-yarmarka keçiriləcək. 
Tədbirin 12 sentyabrda saat 11:00-da gerçəkləşəcək açılış mərasimində ölkənin tanınmış ədəbi, ictimai-siyasi xadimlərinin iştirakı planlaşdırılır.
Sərgi-yarmarka, açılış günü istisna olmaqla, digər günlərdə saat 09:00-dan 19:00-dək ziyarətçilərini qəbul edəcək.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR