Viktoria Bekhem yeni kolleksiyasını təqdim etdi - FOTO
Qadın dünyası
11 Sentyabr 2017 11:58

Viktoria Bekhem yeni kolleksiyasını təqdim etdi - FOTO


Dünən Nyu-York Moda Həftəsi çərçivəsində “Victoria Beckham” brendinin yeni kolleksiyasının nümayişi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hər zaman olduğu kimi moda evinin dizayneri Viktoria Bekhemin yeni kolleksiyasını izləməyə həyat yoldaş Devid Bekhem və onları böyük oğlu Bruklin də gəlib. Qonaqlar arasında Britaniyanın “Vogue” jurnalının yeni baş redaktoru Edvard Enninful da olub.

Kolleksiyanın nümayişi sürprizsiz ötüşüb. Belə ki, Viki öz üslubuna sadiq qalaraq bu dəfə də klassik, minimalist fasonları ilə qonaqların zövqünü oxşayıb. Modelyerin 2018-ci ilin yaz və yayı üçün təqdim etdiyi kolleksiyada bol köynəklər, plisse ətəklər, açıq yaşıl, zərif füruzə çalarları, çəhrayı və mavi kimi rənglər üstünlük təşkil edib.

Aytən




























loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13
Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08