Yeni təhlükəsiz akkumulyator yaradıldı
Texnologiya
11 Sentyabr 2017 17:23

Yeni təhlükəsiz akkumulyator yaradıldı


Merilend Universitetinin alimləri yeni təhlükəsiz elektrolit növü yaratmağa müvəffəq olublar.

Publika.az “4pda.ru” saytına istinadən bildirir ki, 2 il bundan əvvəl bir qrup alim tərəfindən yaradılmış su ilə işləyən elektrolitin gərginliyi 3 volt təşkil edirdi. Elektrolitin istifadəsi təhlükəsiz olsa da, enerjini çox saxlaya bilmirdi, buna görə kommersiya məqsədilə istifadə üçün əlverişsiz idi.

İndi alimlər su əsasında işləyən elektrolitin analoqunu yaratmağa nail olublar. Lakin mütəxəssislər problemlə üzləşiblər. Məlum olub ki, su ilə işləyən elektrolitlərdən ibarət akkumulyatorlar qısa işləmə müddətinə malikdir. Əgər alimlər bu problemi həll etsələr, onda smartfonlarda quraşdırılan batareyalar daha təhlükəsiz olacaq.

Zaur H.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR