Bakıda Cənubi Koreya mədəniyyətinə həsr olunmuş konsert keçiriləcək
Mədəniyyət
11 Sentyabr 2017 18:11

Bakıda Cənubi Koreya mədəniyyətinə həsr olunmuş konsert keçiriləcək


Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakıda Azərbaycanla Cənubi Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25-illiyinə həsr olunmuş geniş konsert keçiriləcək.
Bu barədə "Report" Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə isitinadən xəbər verir.
Məlumata görə, konsert sentyabrın 17-də Heydər Əliyev Sarayında Koreya musiqisi və idman ənənələrinin nümayişi məqsədilə 80 məşhur mədəniyyət xadimi və taekvando ustasının iştirakı ilə keçiriləcək.
Tədbir Bakıda Cənubi Koreya səfirliyi və "Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası" (SEBA) İctimai Birliyi tərəfindən birgə təşkil olunur.
Konsertə Koreyanın opera ifaçıları, Azərbaycan muğam ustaları və Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin birgə çıxışı ilə yekun vurulacaq. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08