Məşhur rəsm əsərləri görmə əngəlli insanlar üçün dizayn edildi - FOTOLAR
Mədəniyyət
12 Sentyabr 2017 7:03

Məşhur rəsm əsərləri görmə əngəlli insanlar üçün dizayn edildi - FOTOLAR


Görmə əngəlli insanlar cəmiyyətdə daim müxtəlif problemlərlə qarşılaşırlar. Toplumun həyat tərzi, yəni çöl həyatı sadəcə normal insan üçün dizayn edilib. Məhz bu vəziyyətdən narahat olan əngəlli insanları düşünən bir qrup sənətçi onların problemlərinə kiçik də olsa, həll tapıblar.

Publika.az xəbər verir ki, Kanadanın İnsan Haqları Muzeyi heç bir muzeydə olmayan bir layihə gerçəkləşdirib. Belə ki, muzey sərgilənən bütün sənət əsərlərini görmə əngəli olan insanlara özəl olaraq 3D formatında əsərlərə çevirib.

Ziyarətçilər öncə modellərə toxunaraq rəsmi bütün özəllikləri ilə hiss edirlər. Əsərlərin yanında yerləşdirilən 3 ədəd səsli sensorlar sayəsində isə əsər, onun tarixi və müəllifi haqqında detallı olaraq bilgi verilir. Ayrıca, əsərlərin üzərində yerləşdirilən 24 sensor sayəsində həmin nöqtədə nə olduğu və hansı rənglərdən istifadə olunduğu söylənir. Bununla da, ziyarətçilər rəsmləri zehinlərində canlandıra bilir.

Bu möhtəşəm layihənin müəllifi keçmiş hərbi müxbir olan Con Olsendir. O, layihənin dünyanın bütün muzeylərində həyata keçirilməsini istədiyini dilə gətirib.

Gələcəkdə ziyarətçilər tərəfindən rəsmlərdə işlədilən rənglərin daha yaxşı hiss edilməsi üçün əsərlərin bəzi qisimlərinə istilik verən sistemlərin yerləşdirilməsi planlaşdırılır.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08