Təmizlik vasitələri ÖLÜM XƏSTƏLİYİ YARADIR - Alimlərdən xanımlarla bağlı ŞOK ARAŞDIRMA
Sağlamlıq
12 Sentyabr 2017 10:53

Təmizlik vasitələri ÖLÜM XƏSTƏLİYİ YARADIR - Alimlərdən xanımlarla bağlı ŞOK ARAŞDIRMA


Hər həftə mütəmadi olaraq camaşır suyu və digər dezinfeksiya vasitələrindən istifadə etmək ölümcül xəstəlik olan Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (tənəffüsün çətinləşməsi və təngənəfəsliklə müşayiət olunan həyat üçün təhlükə yaradan tam müalicə olumayan ağciyər xəstəliyi) riskini 32 faiz artırır.

Publika.az xəbər verir ki, bununla bağlı araşdırmanı Harvard Universiteti ilə Fransa beynəlxalq Sağlamlıq və Tibbi Araşdırmalar İnstitututu aparıb.

Araşdırmada 55 mindən çox tibb bacısı iştirak edib.

Ümumdünya, Səhiyyə Təşkilatının məlumatına görə, bu xəstəlik dünyada hər il təxminin 3 milyon insanın ölümünə səbəb olur. Xəstəliyə yoluxanların nəfəs yolları daralır, bu zaman ağciyərlərə havanın daxil olub, çıxması çətinləşir.

Əvvəllər dezinfeksiya vasitələrinin astma xəstəliyinə səbəb ola biləcəyi ilə bağlı araşdırma aparılmışdı. Bu dəfə isə paltar yumaq üçün istifadə edilən vasitələrlə ağciyərlərin xroniki obstruktiv xəstəliyinin yaranmasına təsiri araşdırılıb.

Fransa beynəlxalq Sağlamlıq və Tibbi Araşdırmalar İnstitututunun alimi Oriana Dumas təmizlik işlərində çalışanların risk qrupuna daxil olduğunu bildirib.

Hər gün bu vasitələrdən istifadənin sağlamlığa təsiri dəqiq deyil. Lakin mütəxəssislər bu istiqamətdə iş aparır.

Harvard universiteti tibb bacıları ilə belə bir araşdırmaya 1989-cu ildən başlayıb. 2009-cu ildə hələ də bu işdə olan tibb bacılarının nəticələri incələnib. 663 tibb bacısında Ağciyərlərin xroniki obstruktiv xəstəliyi aşkarlanıb. Əlbəttə, bu məsələdə yaş, çəki və etnik tərkib də nəzərə alınıb. Bu araşdırmanın nəticəsində hər həftə dezinfeksiya vasitələrindən istifadə edən tibb bacılarında bu xəstəliyin aşkarlanma faizinin 22-32 faiz arasında artdığı təsdiqlənib.

Gülxar

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13
Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08