Birinci xanımdan qüsursuz tərz nümayişi – FOTO
Qadın dünyası
12 Sentyabr 2017 11:18

Birinci xanımdan qüsursuz tərz nümayişi – FOTO


ABŞ-ın birinci xanımı növbəti çıxışında qüsursuz stil nümayiş etdirib.

Publika.az xəbər verir ki, M.Tramp birinci xanım olduqdan sonra əsasən İtaliyanın “Dolce & Gabbana” və “Gucci” moda evlərindən geyinməyə üstünlük verirdi. Ağ evdə məskunlaşdıqdan sonra isə o, mühafizəkar lüks “Ralph Lauren” brendini seçdi.

Prezidentin şəhərkənarı iqamətgahından Ağ Evə qayıdan Melaniya Raf Simonsun Nyu-York moda həftəsində nümayiş olunan “Calvin Klein” kolleksiyasından olan qırmızı kovboy köynəyində görünüb.

Prezidentin həyat yoldaşı qalmaqallı dikdabanlarını isə bej rəngli baletkalara dəyişib. O, obrazını “J.Brand” demokratik brenddən olan cins şalvar və “Hermes”in məşhur “Birkin” çanta modeli ilə tamamlayıb.

Məlumat üçün bildirək ki, “Calvin Klein” moda evinin yeni dizayneri Raf Simons keçən həftə Nyu-York moda həftəsində təqdim etdiyi kolleksiya ilə debüt edib. O, kolleksiyanı Amerikaya həsr edib. Odur ki, kovboy tərzinin və cins parçaların çoxluq təşkil etməsi, o cümlədən Melaniyanın diqqətindən kənar qalmaması təəccüblü deyil.

Aytən










loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08