500-dən çox ağır qüsurlu və az çəkili şəxs xəstəxanalara yerləşdirilib
Sağlamlıq
12 Sentyabr 2017 13:23

500-dən çox ağır qüsurlu və az çəkili şəxs xəstəxanalara yerləşdirilib


Təcili tibbi yardıma ehtiyacı olan 220 nəfərdən artıq yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Bakı Baş Səhiyyə İdarəsinin göstərişinə əsasən 2016-cı ilin iyun ayından etibarən daimi yaşayış yeri məlum olmayan şəxslər barədə BŞTvəTTYS-na çağırış daxil olduğu halda, həmin şəxs təcili tibbi yardım briqadası tərəfindən müayinə olunduqdan sonra ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq və rentgen müayinəsindən keçirilir. Müayinə nəticəsində hansısa bir xəstəlik aşkarlanarsa profil üzrə müvafiq xəstəxanaya yerləşdirilir.

Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-dən artıq körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib.

Bu ilin ilk 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 455900-dən artıq ümumi müraciət daxil olub. 455900 müraciətdən 43070-dən çoxu xəstəxanalara yerləşdirilib.

Uşaqlar üçün edilən çağırışların sayı 51600-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 8560-dan artıqdır. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1300 nəfərdən çoxdur. Qəfləti xəstəliklərlə müraciətlərin sayı 254230, ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 50267, hospitalizasiya 8926; miokard infarktı ilə müraciətlərin sayı 577, hospitalizasiya 550-ə yaxın; insultla müraciətlərin sayı 2497, hospitalizasiya 2224; doğuşla bağlı müraciətlərin sayı 2087, hospitalizasiya 2077; zədələnmələrin ümumi sayı 14072, hospitalizasiya 8728, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 1587 hospitalizasiya 1393 olmuşdur ki bu rəqəmdə də keçən illə müqayisədə artım qeyd edilir. BŞT və TTYS-nın bölmələrinə birbaşa müraciətlərin sayı 25206, hospitalizasiya 2360 olunub.

Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-dən artıq körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR